Martda ölkə ərazisində 463 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Martda ölkə ərazisində 463 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb.
Hadisə
1 Aprel , 2019 03:08
Martda ölkə ərazisində 463 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

Bu ilin mart ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb.

Bu barədə "Report"a ANAMA-dan verilən məlumatda bildirilir.

Qeyd edilir ki, yoxlamalar nəticəsində 463 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina 4 ədəd tank əleyhinə mina (cəmi 479 ədəd) aşkarlaraq zərərsizləşdirilib.

Əməliyyatlarda 475 nəfər əməliyyat heyəti, 132 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 533,435,430 m² (53,343.5 ha) ərazi təmizlənib, 802,894 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi