Marneulidə qətlə görə qisas almağa cəhd edən iki nəfər saxlanılıb

Marneulidə qətlə görə qisas almağa cəhd edən iki nəfər saxlanılıb Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.
Hadisə
21 İyul , 2021 14:01
Marneulidə qətlə görə qisas almağa cəhd edən iki nəfər saxlanılıb

Gürcüstanın Marneuli rayonunda 1970-ci il təvəllüdlü T.P. və 1994-cü il təvəllüdlü İ.P. adlı şəxs saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, onlar Yuxarı Saral kəndində qətlə yetirilən ailə üzvlərinin qohumlarıdır.

Həmin şəxslər sağlamlığa qəsdən zərər vurma və daşınmaz əmlakın zədələnməsində ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, onlar qətldə günahlandırılan şəxsin həbsindən sonra onun evinə yollanıblar. T.P. adlı şəxs bellə qətli törədən şəxsin atasına xəsarətlər yetirməyə cəhd edib, İ.P. adlı şəxs isə ailəyə məxsus iki avtomobilə zərər vurub.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi