Maqsud Mahmudov: "Eldar Mahmudovla bir həyətdə böyümüşəm, məndən borc pul alıb"

Maqsud Mahmudov: "Eldar Mahmudovla bir həyətdə böyümüşəm, məndən borc pul alıb" Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudov cinayət işi üzrə məhkəmə iclasında ifadə verib.
Hadisə
6 Aprel , 2022 16:44
Maqsud Mahmudov: Eldar Mahmudovla bir həyətdə böyümüşəm, məndən borc pul alıb
Maqsud Mahmudov

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub: "Mən obyektimi satışa çıxartmışdım. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Mən də obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi".

M.Mahmudov zərərçəkmiş Aslan Qəhrəmanovdan 120 min manat almasına aydınlıq gətirib.

O deyib ki, A.Qəhrəmanovu 2009-cu ildən tanıyır: "O vaxtı bir məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istədilər. Nazirlikdə məndən bir “Gallendevagen" və 250 min manat tələb etdilər, əks halda həbs edəcəkdilər. Aslanla kirvə idik, ondan 120 min manat borc istədim. Aslan da sağ olsun, dedi ki, obyektim var, onu sat, pulu götür. Həmin obyekti 250 min manata istədilər. Aslan isə 450 min manata satırdı. Mənə bildirdi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq.

Onu da vurğulayım ki, mən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyümüşəm. O, həmişə məndən borc pul alıb. Nizami küçəsində obyektlərim olub, adımı dələduz qoymaq lazım deyil".

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.

Son xəbərlər

Orphus sistemi