Maksim Medvedev: "Komanda olaraq kapitanın səhvini düzəldə bilmədik"

Maksim Medvedev: "Komanda olaraq kapitanın səhvini düzəldə bilmədik" Bakı. 18 avqust. REPORT.AZ/ Çempionata qələbə ilə başladıq. Oyunçular baş məşqçinin tapşırığını yerinə yetirə bildilər. Ona görə də 2 qol vurmağa müvəffəq olduq. Etibarlı çıxış edik. Çempionatda bu cür davam etməyə çalışacağıq.
Hadisə
18 Avqust , 2018 22:56
Maksim Medvedev: Komanda olaraq kapitanın səhvini düzəldə bilmədik

Bakı. 18 avqust. REPORT.AZ/ "Çempionata qələbə ilə başladıq. Oyunçular baş məşqçinin tapşırığını yerinə yetirə bildilər. Ona görə də 2 qol vurmağa müvəffəq olduq. Etibarlı çıxış edik. Çempionatda bu cür davam etməyə çalışacağıq".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan Premyer Liqasının II turundan "Səbail" üzərində 2:0 hesablı qələbəni şərh edərkən söyləyib.

Təcrübəli müdafiəçi bildirib ki, Çempionlar Liqasının III təsnifat mərhələsində BATE ilə cavab matçındam sonra komandanın üzərində stres olub: "BATE ilə görüşdə meydana çıxan futbolçuların bir çoxu bu gün meydanda yox idi. Baş məşqçimiz ağır oyundan sonra istirahət vermişdi. Ağır matçdan sonra komandada bir az stres vardı. Yolumuza davam edirik".

Medvedev Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları Moldovanın "Şerif" komandasını da dəyərləndirib: "Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif"i keçəndə çox əziyyət çəkdik. Yaxşı komandadır. Fərdi ustalığı yüksək olan güclü oyunçuları var. Öz oyununumuzu oynamalı, imkanlarımızdan istifadə etməliyik. Çempionlar Liqasındakı səhvləri təkrarlamamalıyıq".

Milli üzvü komanda yoldaşı Rəşad Sadıqovun BATE ilə hər iki matçda səhvə yol verməsindən də söz açıb: "Hamının səhvləri olur. Biz səhv edəndə kapitanımız bizi sığortalayırdı. Təəssüf ki, son iki oyunda kapitan səhv edəndə heç kim kömək edə bilmədi. Komanda olaraq səhvi düzəldə bilmədik. Ona görə də günah bütün komandanın üzərindədir".

Son xəbərlər

Orphus sistemi