"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçının məhkəməsi başlayıb
Hadisə
- 14 noyabr, 2023
- 12:25
"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
04:31
Tramp Rusiya ilə əməkdaşlıq edən ölkələrin "qara siyahı"ya salınmasını dəstəkləyib
Digər ölkələr04:22
Rubio Maduronu narkotik kartelinin lideri adlandırıb
Digər ölkələr04:00
Pentaqon dronları qlobal miqyasda təhlükə hesab edib
Digər ölkələr03:44
Sakit okeanda narkotik yüklü gəmi məhv edilib
Digər ölkələr03:05
ABŞ-nin maliyyə naziri gələn il ölkədə real gəlir artımını gözləyir
Digər ölkələr02:45
"HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb
Digər ölkələr02:29
ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır
Digər ölkələr01:40
DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələdə daha 8 oyun baş tutub
Futbol01:13