Ələt-Astara avtomobil yolunda oğurluq edən şəxs saxlanılıb
- 03 fevral, 2022
- 06:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində mühafizə çəpərinin metal dayaqlarını oğurlayan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Ələt-Astara Magistral yolunun 163-cü kilometrliyində əraziyə basdırılan, "Avtomobil Yollarının Mühafizəsi" MMC-yə məxsus olan 21 ədəd dəmir dirəyin oğurlanması ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dirəkləri oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini T.Alxasov müəyyən edilərək saxlanılıb.
Oğurlanan dirəklər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır