Mağazadan nisyə qızıl götürüb "Lombard"a qoyan qadın məhkəmə zalında həbs edilib

Mağazadan nisyə qızıl götürüb "Lombard"a qoyan qadın məhkəmə zalında həbs edilib Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
20 Sentyabr , 2019 15:16
Mağazadan nisyə qızıl götürüb Lombarda qoyan qadın məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Nərminə Əfəndiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, N.Əfəndiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilən "polis nəzarətinə verilmə" qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Nərminə Əfəndiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb. Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. N.Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.

Son xəbərlər

Orphus sistemi