Mağazadan nisyə qızıl götürüb "Lombard"a qoyan qadın apelyasiya şikayəti verib

Mağazadan nisyə qızıl götürüb "Lombard"a qoyan qadın apelyasiya şikayəti verib Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Nərminə Əfəndiyevanın barəsindəki hökmdən verilmiş apelyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.
Hadisə
23 Oktyabr , 2019 11:22
Mağazadan nisyə qızıl götürüb Lombarda qoyan qadın apelyasiya şikayəti verib
Report

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Nərminə Əfəndiyevanın barəsindəki hökmdən verilmiş apelyasiya şikayətləri üzrə ilkin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası noyabrın 5-ə təyin edilib.

Qeyd edək ki, N.Əfəndiyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Nərminə Əfəndiyeva "Caspian Shoping Center"də yerləşən mağazalardan birində satıcı işləyən İlhamə Umbayevadan bir neçə dəfə qızıl əşyaları alıb. Daha sonra etibar qazanaraq nisyə bahalı qızıllar alıb və onu imkanlı şəxslərə sataraq pulunu verəcəyini bildirib. N.Əfəndiyeva həmin qızılları lombarda qoyaraq pul götürüb.

Son xəbərlər

Orphus sistemi