Yuxarı

Mağaza satıcısına qarşı dələduzluq edən İran vətəndaşı saxlanılıb

Mağaza satıcısına qarşı dələduzluq edən İran vətəndaşı saxlanılıb

Azərbaycanda mağaza satıcısına qarşı dələduzluq edən İran vətəndaşı saxlanılıb.

“Report”un xəbərinə görə, Abşeron rayonu ərazisində tikinti malları mağazasında satıcı işləyən Rəşad Salmanovu aldadan Naserpour Alıreza Ahmed oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə sentyabrın 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

Belə ki, həmin gün İran vətəndaşı, 1968-ci il təvəllüdlü Naserpour Alıreza Ahmed oğlu Ceyranbatan qəsəbəsində yerləşən Rəşad Salmanovun satıcı işlədiyi tikinti malları mağazasına gəlib. O, R.Salmanovun əlində olan 5000 manat pula baxmaq bəhanəsi ilə alıb. Daha sonra İran vətəndaşı həmin pulun 2300 manatını satıcıya qaytarıb, 2700 manatı isə dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi