Mağaza sahibinin 157 min manatını mənimsəyən qadına şərti cəza verilib

Mağaza sahibinin 157 min manatını mənimsəyən qadına şərti cəza verilib Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Oktyabr , 2018 16:12
Mağaza sahibinin 157 min manatını mənimsəyən qadına şərti cəza verilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttiham aktına əsasən, N.Namazova Bakıda sahibkar Arif Vəliyevin mağazasında çalışan zaman onun 157 min manat pulunu ələ keçirib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan qadının barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

N.Namazova zərərçəkmişə dəymiş zərəri ödəyib. A.Vəliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onunla barışdığını bildirib. 

Son xəbərlər

Orphus sistemi