Piyadanın ölümünə səbəb olan “London taksi”si sürücüsünün cinayət işi məhkəməyə göndərilib

Piyadanın ölümünə səbəb olan “London taksi”si sürücüsünün cinayət işi məhkəməyə göndərilib Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən İsrafil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Yanvar , 2019 14:46
Piyadanın ölümünə səbəb olan “London taksi”si sürücüsünün cinayət işi məhkəməyə göndərilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən İsrafil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mətanət Hacıyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yanvarın 10-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 14-də saat 23 radələrində Bakının Nizami rayonunun Nəsimi küçəsində baş verib. Həmin ərazidə Bakı şəhər sakini İ.Qurbanov idarə etdiyi “London taksi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hidayət Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi