Lökbatanda tanışını bıçaqlayana hökm oxunub

Lökbatanda tanışını bıçaqlayana hökm oxunub O, 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
24 Aprel , 2017 12:22
Lökbatanda tanışını bıçaqlayana hökm oxunub

Bakı. 24 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan 1993-cü il təvəllüdlü Vasif Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il Lökbatanda baş verib. V.Məmmədov kafedə birlikdə yeyib-içdiyi Turan Cəbiyevlə mübahisə edib. Mübahisə qanlı bitib. O, T.Cəbiyevə bir neçə bıçaq zərbəsi endirib.

Xəstəxanaya çatdırılan T.Cəbiyevin həyatını xilas etmək mümkün olub.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub. 

Son xəbərlər

Orphus sistemi