Lökbatanda oğurluq edən şəxs saxlanıldı

Lökbatanda oğurluq edən şəxs saxlanıldı Lökbatan qəsəbəsində oğurluq hadisələri baş verib.
Hadisə
11 Avqust , 2020 11:49
Lökbatanda oğurluq edən şəxs saxlanıldı

Lökbatan qəsəbəsində oğurluq hadisələri baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər. 

Avqustun 10-da Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən 155 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Urşanov saxlanılıb.  

Onun ətrafında aparılmış tədbirlərlə onun daha bir mağazadan 3 150 manat dəyərində 4 ədəd televizor oğurlaması da müəyyən edilib. 
 

Son xəbərlər

Orphus sistemi