Yuxarı

Lökbatan qəsəbə sakinini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Məhkəmənin hökmü ilə Fuad Nurməmmədov 17 il, Vüsal Rəhimov 18 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Qətldə təqsirləndirilən Bakı şəhər sakinləri Fuad Nurməmmədov və Vüsal Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Nurməmmədov 17 il, V.Rəhimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabrında baş verib. Bakı şəhər sakini Vüsal Rəhimov Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi qətlə yetirib. Sentyabrın 23-də V.Rəhimov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edərək sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan qəsəbə sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib, hadisə yerini tərk etməsini bildirib. Mərhumun meyiti isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılıb. R.Xəlfəyevin meyiti ekspert-kriminalistlər tərəfindən eksqumasiya edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutularaq istintaqa təhvil veriliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi