Yuxarı

Litvada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Litvada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Yerli KİV-də yazı və məqalələr dərc olunub, reportajlar yayımlanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Vilnüsdə anım mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev mərasim iştirakçılarına qanlı yanvar faciəsi ilə bağlı məlumat verib, milli hüzn günü ilə yanaşı bu faciənin Azərbaycan xalqının tarixində qəhrəmanlıq və igidlik səhifəsi olaraq qəbul edildiyini bildirib.

Diplomatik nümayəndəliyin rəhbəri 20 Yanvar faciəsinə bənzər hadisələrin bir il sonra 13 yanvar 1991-ci ildə Vilnüs şəhərində də yaşandığını qeyd edərək, bu günlərdə azərbaycanlıların hansı duyğular keçirdiyini Litva xalqının yaxşı anladığını vurğulayıb.

Tədbirin aparıcısı Litvanın tanınmış müğənnisi Litva Musiqi və Teatr Akademiyasının dosenti Yudite Leitaitenin dəvəti ilə 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Sonra litvalı musiqiçilərin ifasında qəmli, hüznlü musiqi parçaları səsləndirilib.

Səfirlikdən verilən məlumata görə, Litvanın digər şəhərlərində də, o cümlədən Kaunas, Şiayulyay, Klaypedada 20 Yanvar şəhidləri yad edilib. Vilnüs və Kaunas universitetlərində təhsil alan tələbələr, Şiaulyay, Klaypeda da yaşayan soydaşlarımız anım tədbirləri təşkil ediblər.

Səfirliyin pres-relizi Litva Xarici İşlər Nazirliyi, bu ölkədə akkreditə olunan xarici ölkələrin səfirlik və diplomatik nümayəndəliklərinə paylanılıb.

20 Yanvar faciəsi ilə bağlı Litvanın kütləvi informasiya vasitələrində yazı və məqalələr dərc olunub, reportajlar yayımlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi