Yuxarı
    Bağlamaq

    ​Lipetskdə 17 yaşlı azərbaycanlıya qarşı cinayət işi qaldırılıb

    O, 21 yaşlı qadına hücum etməkdə şübhəli bilinir

    Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyanın Lipetsk şəhərində yerli sakini zorlamağa cəhd etmiş 17 yaşlı azərbaycanlıya qarşı cinayət işi qaldırılıb.

    "Report"un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, istintaq orqanları müəyyən ediblər ki, aprelin 23-də gecə Xoroşavina küçəsində yerləşən evlərdən biri yaxınlığında yetkinlik yaşına çatmamış şübhəli şəxs 21 yaşlı qıza hücum edərək onu döyüb və cinsi xarakterli hərəkətlər etməyə cəhd göstərib.

    Qızın səsini yaxınlıqdan keçən taksi sürücüsü eşidib və hadisə yerinə polis çağırıb.

    Həmyerlimiz saxlanılıb və onun hərəkətləri zorakılığa cəhd kimi qiymətləndirilib. Yoxlamalar zamanı müəyyən edilib ki, yeniyetmə Rusiya ərazisində qanunsuz yaşayır.

    O, əvvəllər də qeydiyyat uçotunu pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

    Hazırda gənc oğlan həbsə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi