Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib

Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib Məhkəmənini növbəti prosesi dekabrın 10-na təyin edilib
Hadisə
7 Dekabr , 2015 16:02
Leyla Yunus və Arif Yunusun apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Sülh və Demokratiya İnstitutu"nun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

"Report"un məlumatına görə, iclasda hər iki təqsirləndirilən şəxsin müdafiəçiləri çıxış edib. Leyla Yunusun vəkili Elçin Sadıqov ona  bəraət verilməsini istəyib. Arif Yunusun vəkili də müdafiə etdiyi şəxs barəsindəki hökmə bəraət verilməsini istəyib.

Dövlət ittihamçısı isə çıxış edərək birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib. Məhkəmənini növbəti prosesi dekabrın 10-na təyin edilib.

Qeyd edək ki, L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə), 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus isə 8 il 6 ay, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, məhkəmədə onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi qərara alınıb.

Noyabrın 12-də A.Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb.

Son xəbərlər

Orphus sistemi