"Leş ət" satanlarla əlbir olan həkim kassasiya şikayəti verib

"Leş ət" satanlarla əlbir olan həkim kassasiya şikayəti verib Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 5 saylı qida nəzarət məntəqəsinin keçmiş həkimi Xaspolad Mirimovun barəsindəki hökmdən kassasiya şikayəti verib.
Hadisə
16 Dekabr , 2019 15:14
Leş ət satanlarla əlbir olan həkim kassasiya şikayəti verib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 5 saylı qida nəzarət məntəqəsinin keçmiş həkimi Xaspolad Mirimovun barəsindəki hökmdən kassasiya şikayəti verib.

"Report" xəbər verir ki, kassasiya şikayətinə hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində leş ət aşkarlanıb. Mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan, ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəklərinin satışı dayandırılıb.

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.

Başlanan cinayət işinin istintaqı zamanı məlum olub ki, Agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar heyvan ətlərini ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil ediblər. Çoxsaylı istehlakçılara qarşı dələduzluğa cəhd etmələrinə görə, onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluğa cəhd), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd), 29, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd), 29, 200.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən istehlakçıları aldatmağa cəhd), 29, 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatmağa cəhd) və 308.1-ci (mühüm zərərvurma ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Bundan başqa, aparılmış istintaqla bazara keyfiyyətsiz ət tədarük etmiş digər şəxslərə də müvafiq ittihamlar verilib.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli hökmünə əsasən, Mirimov Xaspolad Osman oğlu və Quliyev Əlican Ərəstun oğlunun hər biri 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi oktyabrın 1-də hökmdən dövlət ittihamçısının verdiyi protesti və təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərini təmin etməyib. 

Son xəbərlər

Orphus sistemi