Lerikdə yol qəzasında ölən və yaralananların adları məlum olub - VİDEO - YENİLƏNİB-2

Lerikdə yol qəzasında ölən və yaralananların adları məlum olub - VİDEO - YENİLƏNİB-2 Lerik. 28 avqust. REPORT.AZ/ Lerik rayonunda yol qəzasında ölən və yaralananların adları məlum olub.
Hadisə
28 Avqust , 2018 12:39
Lerikdə yol qəzasında ölən və yaralananların adları məlum olub - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Lerik. 28 avqust. REPORT.AZ/ Lerik rayonunda yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə nəticəsində Lerik rayonu, Coni kənd sakini, 80 yaşlı Qızbacı Ağakişi qızı Nəhmətova ölüb, 57 yaşlı Nəhmətulla Gülhəsən oğlu Əhmədov və 55 yaşlı İranə Gülhəsən qızı Nəhmətova yaralanıb.

Hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan yaralılardan daha ağır vəziyyətdə olan N.Əhmədov travmatik şok vəziyyətindədir.


*** 11:58

Video əlavə olunub


*** 09:54

Lerik. 28 avqust. REPORT.AZ/ Lerik rayonunda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə Piran-Hamarat yolunda baş verib. 

Qışlaq kəndindən böyrək sancıları olan xəstəni öz avtomaşını ilə Lənkərana gətirmək istəyən sürücü idarəetməni itirərək "Niva" markalı avtomaşını dərəyə aşırıb. Nəticədə bir qadın dünyasını dəyişib. 

Daha bir qadın və kişi yaralı vəziyyətdə "Təcili yardım" avtomaşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Polis və prokurorluq əməkdaşları hadisə yerinə gedib.

Son xəbərlər

Orphus sistemi