Lerikdə silah-sursat saxlayan şəxs saxlanılıb
Hadisə
- 03 fevral, 2025
- 05:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Son xəbərlər
09:36
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Hadisə
09:34
Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib
Region
09:33
NİİM: Bəzi ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri piyadalar üçün təhlükəli vəziyyət yaradırlar
Hadisə
09:24
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
Digər ölkələr
09:22
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün "Benfika" ilə qarşılaşacaq
Komanda
09:19
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili siyasət
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda