​Lerikdə rayon mərkəzini su basıb - FOTO

​Lerikdə rayon mərkəzini su basıb - FOTO Qrunt suları torpaq səviyyəsindən 50 santimetr yuxarıdadır
Hadisə
138
18 Mart , 2016 17:16
​Lerikdə rayon mərkəzini su basıb - FOTO

Bakı. 18 mart. REPORT.AZ/ Lerik rayon mərkəzini su basıb. "Report"un məlumatına görə, rayonun Avtovağzal adlanan ərazisində yerləşən fərdi yaşayış evləri, ticarət obyektləri və digər inzibati binalara ziyan dəyib.

Zərərçəkənlərdən Rüfət Ramazanov "Report"a bildirib ki, yerli sakinlər qrunt sularının axın istiqamətini dəyişmək üçün kanallar qazsa da, problem həll olunmayıb: "Dağlıq ərazilərdə və yüksəkliklərdə qar əridikcə qrunt suları aşağı məhəllələri basır. Burada iki ədəd böyük diametrli boru olub ki, qrunt suları axıb getsin. Lakin həmin borular lillə dolduğundan, su axa bilmir. Nəticədə yağış və qrunt suları bu ərazidə cəmlənir. Qrunt suları torpaq səviyyəsindən 50 santimetr, bəzi yerlərdə 1 metrə qalxıb".

Son xəbərlər

Orphus sistemi