Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un Cənub bürosuna DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, Lənkəran rayonunun Velədi kənd sakini, 1958-ci il təvəllüdlü Elman Mustafa oğlu Qasımov və 1966-cı il təvəllüdlü Zakirə Zəki qızı Bəşirova xəsarət alıblar.
Araşdırma aparılır.
Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.