Bakı. 29 mart. REPORT.AZ/ Lerik rayonunda güllələnmə hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib.
Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.