Lerikdə yağan güclü yağış və dolu əkin sahələrini yararsız hala salıb - VİDEO - YENİLƏNİB

Lerikdə yağan güclü yağış və dolu əkin sahələrini yararsız hala salıb - VİDEO - YENİLƏNİB Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə ziyan dəyib
Hadisə
31 May , 2016 17:33
Lerikdə yağan güclü yağış və dolu əkin sahələrini yararsız hala salıb - VİDEO - YENİLƏNİB

İlk xəbər 15:06-da yayımlanıb, video əlavə olunub

Lerik. 31 may. REPORT.AZ/ Lerik rayonunda leysan yağıb, dolu düşüb. "Report"un Cənub bürosunun məlumatına görə, yağıntı rayonun bütün ərazisini əhatə etsə də, Zuvand istiqamətində olan kəndlərdə - Cəngəmiran, Blabənd, Büzeyir, Pirəsora, Orandda, eləcə də rayonun aşağı ərazisində - Çinqədulan, Züvüc, Ordahal, Livədirgə kəndlərində daha intensiv xarakterli olub. 

İlkin məlumatlara görə, dərələrdə sellər yaranıb. Taxıl zəmiləri ağırlığa tab gətirməyərək yatıb. Fərdi təsərrüfatlarda bostan bitkilərinə, kartof və digər əkinlərə də ziyan dəyib. 

Zuvand ərazisində çaya keçid üçün qoyulmuş beton boruları sel aparıb. Lerik Rayon Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov rayon ərazisində leysan xarakterli yağıntının olduğunu təsdiqləsə də, hələlik vətəndaşlardan hər hansı məlumatın daxil olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi