Lerikdə çayda batan gənc oğlanın meyiti sudan çıxarılıb - YENİLƏNİB

Lerikdə çayda batan gənc oğlanın meyiti sudan çıxarılıb - YENİLƏNİB Lerik. 20 iyun. REPORT.AZ/ Lerik rayonunda çayda boğulan gəncin meyiti sudan çıxarılıb.
Hadisə
20 İyun , 2018 14:22
Lerikdə çayda batan gənc oğlanın meyiti sudan çıxarılıb - YENİLƏNİB
Foto: Report.az
0 : 00
0 : 00

Lerik. 20 iyun. REPORT.AZ/ Lerik rayonunda çayda boğulan gəncin meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosunun xəbərinə görə, rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti batdığı yerdən bir neçə metr aralıda aşkar edilib.

Meyit adiyyəti üzrə təhvil verilib. 


*** 12:55

Lerik. 20 iyun. REPORT.AZ/ Lerik rayonunda gənc oğlan çayda boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik yolunun 25-ci kilometrliyində baş verib. 

Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Həbullayev Ramin İlqar oğlu ailə üzvləri ilə birlikdə istirahət edərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Ailə üzvləri hadisə yerində olmalarına baxmayaraq, ona kömək edə bilməyiblər. Çayın suyu lilli olduğundan hələlik meyit aşkar olunmayıb. 

Hadisə yerinə polis əməkdaşları gəliblər. 

Axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi