Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər yaralanıb - YENİLƏNİB

Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər yaralanıb - YENİLƏNİB Hadisə rayonun Hamarmeşə kəndi ərazisindəbaş verib
Hadisə
16 Yanvar , 2018 09:28
Lerikdə avtomobil dərəyə aşıb, 5 nəfər yaralanıb - YENİLƏNİB
Report

Lerik. 16 yanvar. REPORT.AZ/ Lerik rayonunda avtomobilin dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə zamanı beş nəfər - Lerik rayon sakinləri, 1953-cü il təvəllüdlü Nurxan Bəhlul oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Teymur Nurxan oğlu Zərbiyev, 1977-ci il təvəllüdlü Şəhla Ənvər qızı Zərbiyeva, 1959-cu il təvəllüdlü Aygün Məhəmmədhüseyn qızı Kişiyeva, 1986-cı il təbəllüdlü Adoğlan İbadət oğlu Kişiyev ağır bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

***08:44

Lerik. 16 yanvar. REPORT.AZ/ Lənkəran rayonundan Lerikə yas mərasiminə gedən minik avtomobili aşıb.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lerik rayonunun Hamarmeşə kəndi ərazisində baş verib. 

Hadisəyə səbəb yolu buz bağlaması olub. 

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların Lerik rayon sakinləri olduqları bildirilir. 

Son xəbərlər

Orphus sistemi