Lerikdə 22 yaşlı gənc intihar edib

Lerikdə 22 yaşlı gənc intihar edib İntihara ilkin səbəb kimi onun sevdiyi qızın başqası ilə nişanlanması göstərilir
Hadisə
15 Avqust , 2015 10:32
Lerikdə 22 yaşlı gənc intihar edib

Bakı. 15 avqust. REPORT.AZ/ Lerik rayonunda intihar hadisəsi baş verib. "Report"un məlumatına görə, rayonun Pirzəküçə kənd sakini, 1993-cü il təvəllüdlü Azər Babulla oğlu Nuriyev yaşadığı evin həyətindəki alma ağacından kəndirlə özünü asıb.

Hadisə səhər saatlarında baş verib. İntihara ilkin səbəb kimi A.Nuriyevin sevdiyi qızın başqası ilə nişanlanması göstərilir.

Hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Son xəbərlər

Orphus sistemi