​Lənkəranın istirahət mərkəzlərindən birində ölüm hadisəsi baş verib

​Lənkəranın istirahət mərkəzlərindən birində ölüm hadisəsi baş verib 14 yaşlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib
Hadisə
17 Avqust , 2016 00:00
​Lənkəranın istirahət mərkəzlərindən birində ölüm hadisəsi baş verib

Lənkəran. 17 avqust. REPORT.AZ/ Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Lənkəran rayon Velədi kənd sakini Şıxəlizadə Zəhra Səfail qızı özünü pis hiss edərək pilləkəndən yıxılıb və ağır vəziyyətdə Ləkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmadığından meyit aidiyyəti üzrə təhvil verilib.

Lənkəran rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi