Lənkəranın icra başçısı rayon ictimaiyyəti ilə görüşüb - FOTO

Lənkəranın icra başçısı rayon ictimaiyyəti ilə görüşüb - FOTO Lənkəran. 14 mart. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayon ictimaiyyəti ilə görüşüb.
Hadisə
14 Mart , 2018 13:55
Lənkəranın icra başçısı rayon ictimaiyyəti ilə görüşüb - FOTO
Report

Lənkəran. 14 mart. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov rayon ictimaiyyəti ilə görüşüb.

"Report"un Cənub bürosu xəbər verir ki, Heydər Əliyev mərkəzindəkeçirilən görüşdə çıxış edən icra başçısı ölkədə sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində baş verən müsbət dəyişiliklərdən və bu dəyişiliklər fonunda rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən geniş söhbət açaraq əldə olunan uğurları bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb. 

T. Qaraşov Prezident İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə son illərdə Lənkəran şəhərində tikinti-abadlıq və mədəni quruculuq tədbirlərinin daha da genişləndiyini qeyd edərək ölkə başçısının müvafiq sərəncamları ilə rayonda irihəcmli yol layihələrinin icra olunduğunu, çoxmənzilli yaşayış binalarında əsaslı təmir-bərkitmə işlərinin görüldüyünü, dam örtüklərinin dəyişdirildiyini qeyd edib. 

O, əlavə edib ki, rayonda elektrik təsərrüfatında davam etdirilən yenidənqurma və texniki avadanlıqları təkmilləşdirilib, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təchizatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində mühüm işlər görülüb. 

T.Qaraşov rayonda aqrar sahənin inkişafında yeni mərhələnin başlandığını, dövlət tərəfindən göstərilən qayğı sayəsində sahibkarlığın inkişafı üçün əlverişli imkanların yarandığını, nəticədə rayonda ümumi məhsul buraxılışının dəfələrlə artdığını, çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi sahəsində böyük nailiyyətlərin əldə olunduğunu, çoxlu iş yerlərinin açıldığını, məhsul bolluğunun yarandığını, bunun da nəticəsində bazarda qiymətlərin artmasının qarşısının alındığını xüsusi vurğulayıb. 

Görüşdə çıxış edən sakinlər son illərdə Lənkəranda həyata keçirilən quruculuq-abadlıq işlərini, qəzalı vəziyyətdə olan 13 çoxmənzilli yaşayış binalarının bərkitmə-gücləndirmə işlərini, dam örtüklərinin dəyişdirilməsini, küçə və səkilərin bərpasını, asfaltlanmasını, işıqlandırıcıların quraşdırılmasını, rayonda kənd təsərrüfatının inkişafına göstərilən diqqəti yüksək qiymətləndirərək bu qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Orphus sistemi