Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO

Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO Onun ayağının amputasiya ediləcək
Hadisə
26 Noyabr , 2019 11:04
Lənkəranda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO

Lənkəran rayonunda zəncirvari yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə şəhərin “Kürə” deyilən ərazisində baş verib. 

Belə ki, Lənkəran şəhər sakini, 1990-cı il təvəllüdlü İsmayıl Ağazadə oğlu Əliyev “QAZ-24” markalı 42-BD-825 dövlət-qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olub. Yol ayrıcında Lənkəran rayonunun Ləj kənd sakini, 1991-ci il təvəllüdlü Hafiz Yunusağa oğlu Məmmədovun idarə etdiyi “Ford- Transit” markalı 99-CA-271 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub. 

Hadisə zamanı “QAZ-24” zərbənin gücündən istiqamətini dəyişərək yol kənarında dayanan Lənkəran şəhər sakini, Bəybala Şahkərim oğlu Mirzəyevə məxsus "VAZ-2106" markalı 42-BO-480 dövlət-qeydiyyat nişanlı avtomobilə çırpılaraq onu səkiyə sıxışdırıb. Bu zaman səkidə olan piyada Lənkəran şəhər sakini, 1964-cü il təvəllüdlü Nasim Təyyar oğlu Şahbazov ciddi xəsarət alıb. Onun ayağının amputasiya olunma təhlükəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi