Lənkəranda zəncirvari yol qəzası olub, 4 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB

Lənkəranda zəncirvari yol qəzası olub, 4 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB Lənkəran rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərin adları məlum olub.
Hadisə
16 Aprel , 2019 13:04
Lənkəranda zəncirvari yol qəzası olub, 4 nəfər xəsarət alıb - SİYAHI - YENİLƏNİB
Report

Lənkəran rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Veravul kəndi ərazisində Qumru Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil iki motosikletlə  toqquşub. Nəticədə motosikletin sürücüləri və sənişinləri - Masallı rayonunun Köçəkli kənd sakinləri, 1994-cü il təvəllüdlü Fərəc Yədulla oğlu Rəhimli, 1995-ci il təvəllüdlü Cahangir Məhəmməd oğlu Bəhlulov, 1995-ci il təvəllüdlü Hüseyn Əlamət oğlu Mirəzizov və 2002-ci il təvəllüdlü Söhbət Həybət oğlu Orucov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlardan F.Rəhimli və C.Bəhlulovun vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.


*** 11:23

Lənkəran rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Cənub mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Boradigah avtomobil yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil iki motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüləri və sərnişinləri xəsarət alıblar. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi