Lənkəranda zəncirvari qəza baş verib, avtomobillərə ciddi ziyan dəyib - FOTO

Lənkəranda zəncirvari qəza baş verib, avtomobillərə ciddi ziyan dəyib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
5 Yanvar , 2017 18:06
Lənkəranda zəncirvari qəza baş verib, avtomobillərə ciddi ziyan dəyib - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ Lənkəran rayonunda zəncirvari qəza baş verib. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, "Audi Q7" markalı 42 BK 090 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ötmə əməliyyatını pozaraq qəza vəziyyəti yaradıb.

Qarşıdakı "Mercedes" markalı 10 ZV 535 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü isə qəzadan yayınmaq üçün sağa manevr edib, lakin yol kənarında dayanan "Lada 2104" markalı 42 BU 132 dövlət qeydiyyat nişanlı avtomobilə toxunub. Bu zaman arxadan hərəkətdə olan "Audi Q7" markalı avtomobillə toqquşma qaçılmaz olub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi