Lənkəranda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Lənkəranda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB Lənkəran şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
26 İyul , 2019 11:35
Lənkəranda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Lənkəran şəhərində baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"um Cənub Mərkəzi xəbər verir ki, Lənkəran rayonunun Şiləvar kənd sakini, 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov idarə etdiyi "VAZ-2107" markalı, 10 KJ 868 dövlət qeydiyyat nişanlı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.

Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

E.Mahmudovun vəziyyətinin ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 9:48

Lənkəran şəhərində işıqforun qrımızı işığının tələblərini pozan sürücü qəza törədib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhərin Zərifə Əliyeva və Hənifə Abdullayeva küçələrinin kəsişməsində baş verib. 

Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ" marklalı avtomobilin sürücüsü işıqforun qırmızı işığının tələblərini pozaraq yolunaq davam edib. 

BU zaman qarşı hərəkət zolağında hərəkətdə olan dəgər "VAZ" və "Ford" markalı avtomobillərlə toqquşub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


Son xəbərlər

Orphus sistemi