Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
168
2 İyun , 2019 21:57
Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB

Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Cənub Mərkəzinin məlumatına görə, Liman şəhər sakini 1984-cü il təvəllüdlü İxtiyar Fətulla oğlu Şüşəxanov idarə etdiyi 99 BP 220 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı mikroavtobusla eyni istiqamətdə hərəkətdə olan Cəlilabad rayon sakini İlkin Rzayevə məxsus 90 PN 921 dövlət qeydiyyat nişanlı "Renault-Laguna" markalı minik avtomobili ilə toqquşub. Toqquşmadan sonra istiqamətini dəyişən "Mersedes" yol kənarındakı beton səkinə və dəmir hasara çırpılıb. Nəticədə "Mersedes"də olan sərnişin Liman şəhər sakini 1983-cü il təvəllüdlü Vüqar Əvəz oğlu Rzayev aldığı xəsarətlərdən yerindəcə keçinib. "Mersedes"in sürücüsü İ.Şüşəxanov isə qapalı kəllə beyin travması. sol diz sümüyünün açıq sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 20:19

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 185-ci kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib. 

Belə ki, "Mercedes" markalı avtobusla "Renault" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Son xəbərlər

Orphus sistemi