Lənkəranda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəranda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
1 May , 2019 19:12
Lənkəranda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2106"da olan Cəlilabad rayon sakinləri - 1988-ci il təvəllüdlü Rəşad İslam oğlu Abışov və 1994-cü il təvəllüdlü Rəfi Xanverdi oğlu Məmmədov və UAZ-da olan sərnişin, 1996-cı il təvəllüdlü Sahilə Müqəddəs qızı Rzayeva Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Bundan əlavə, UAZ-n sürücüsü, 1957-ci il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Müqəddəs Məhəmməd oğlu Rzayev, 1989-cu il təvəllüdlü, Lerik rayonunun Davradibi kənd sakini Elçin Xanhəsən oğlu Ağayev, 1992-ci il təvəllüdlü, Lerik rayonunun Zəriküməco kənd sakini Hafiz Həsənağa oğlu Cabbarov və 1966-cı il təvəllüdlü, Lerik şəhər sakini Baləddin Sərhəng oğlu Rzayevə Travmatologiya şöbəsində zəruri tibbi yardım göstərilib. Onların vəziyyətləri normaldır.


***18:26

Lənkəran rayonunda yol qəzası baş verib.

"Report"un Cənub mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun Mollakənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, UAZ və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi