Yuxarı
    Bağlamaq

    Lənkəranda yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

    ​​Faktla bağlı araşdırma aparılır

    Bakı. 11 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

    "Report"un məlumatına görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, "Mercedes" markalı, 10 SN 675 dövlət qeydiyyat nömrə nişanlı avtomobil "Priora" markalı 42 BE 400 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsiylə toqquşub. 

    Hadisə şahidlərinin sözlərinə görə, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrindən "Mercedes" markalı avtomobilin sürücüsü yolu dönmək istəyərkən əks istiqamətdən gələn "Priora" markalı avtomobillə toqquşub. Yüksək sürətlə hərəkətdə olan "Priora" markalı avtomobil yoldan çıxaraq səkiyə çıxıb və beton hasara çırpılıb. Qəza nəticəsində "Mercedes"in sürcüsü Ramiz İmaməliyev və digər nəqliyyat vasitəsinin sürücüsü ağır bədən xəsarətləriylə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan hər iki sürücünün vəziyyətinin ağır olduğu bildirilib. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən ediləcək. 

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi