Lənkəranda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb - YENİLƏNİB Lənkəran. 21 avqust. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.
Hadisə
21 Avqust , 2018 02:35
Lənkəranda yol qəzası baş verib, 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəran. 21 avqust. REPORT.AZ/ Lənkəran rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un Cənub  bürosu xəbər verir ki, Astara rayon sakini, 1990-cı il təvəllüdlü Ağazadə Rəhman Sadiq oğlunun idarə etdiyi “Niva“ markalı avtomaşın, Lənkəran rayon Digah kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Röyal Kamil oğlunun idarə etdiyi “Wolsvagen” markalı minik avtomaşını ilə toqquşub. Nəticədə hər iki sürücü və “Niva”-da olan sərnişinlər -1957-ci il təvəllüdlü Muradov Elsevər Mükərrəm oğlu, 1965-ci il təvəllüdlü Ağayev Sadıx Nöbək oğlu, 1966-cı il təvəllüdlü Muradova Sevil Mükərrəm qızı, 1966-cı il təvəllüdlü Muradov Mehman Nafe oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

“Wolsvagen”-in sürücüsü R.Həsənov və “Niva”-kı sərnişin E.Muradovun vəziyyətləri daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər.

Əldə etdiyimiz məlumata görə, “Niva”dakı sürücü və sərnişinlər Astara rayonunun Motlayataq kəndindən olmaqla yaxın qohumlardır və Lənkəranda toy mərasimindən sonra evə qayıdırlarmış.

***01:50Lənkəran. 21 avqust. REPORT.AZ/ Lənkəranda toy mərasimindən qayıdan iki avtomobil qəzaya düşüb, xəsarət alanlar var. 

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu Şiləvar kəndindən keçən hissəsində baş verib. 

Məlumata görə, “Niva“ və “Wolsvagen” markalı iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi