Lənkəranda yol qəzası baş verib: 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib: 3 nəfər xəsarət alıb - FOTO Onlardan ikisinin vəziyyəti ağır, digərinki isə orta-ağır olaraq qiymətləndirilir
Hadisə
1 İyun , 2016 15:02
Lənkəranda yol qəzası baş verib: 3 nəfər xəsarət alıb - FOTO

Lənkəran. 1 iyun. REPORT.AZ/ Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Vel kəndi ərazisində qeydə alınıb.mBelə ki, Lənkəran rayon sakinlərinin idarə etdikləri "HYUNDAY IX 35", 42 BT 722 dövlət qeydiyyatı nömrə nişanlı avtomobillə motoroller toqquşub. Nəticədə motorollerin sürücüsü və iki sərnişini xəsarət alıb. Hər üç yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəsarət alanlar Lənkəran rayonunun Siyavar kənd sakinləri - 1997-ci il təvəllüdlü Zahir Rəfail oğlu Zakirov, 1981-ci il təvəllüdlü Teymur Sovet oğlu Əliyev və Təhmasib Elman oğlu Məmmədovdur. Onlardan ikisinin vəziyyəti ağır, digərinki isə orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi