Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Hadisə
26 İyun , 2019 21:19
Lənkəranda yeniyetmə ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Separadi kəndində baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev kəndlərindəki istifadəsiz çay fabrikinin binasında yoldaşları ilə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Lənkəran rayon Mərkəzi Xəstəxananasına çatdırılan E.Ağayevə qapalı kəllə-beyin travması və sol çənə hahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi