Lənkəranda yeniyetmə göldə boğulub

Lənkəranda yeniyetmə göldə boğulub Lənkəran rayonunda boğulma hadisəsi baş verib.
Hadisə
13 Sentyabr , 2020 19:15
Lənkəranda yeniyetmə göldə boğulub

Gərmətük qəsəbəsində boğulan yeniyetmənin şəxsiyyəti müəyyən olunub.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, yeniyetmə Kərgəlan kənd sakini 2003-cü il təvəllüdlü Əliyev Elşad Tofiq oğludur.

Belə ki, yeniyetmə dostu ilə birlikdə çayda çimərkən boğulub. Meyit ətrafdakıların köməyi ilə sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Rayon Prokurorluğu əməkdaşları hadisə yerində olub.

Faktla bağlı araşdırma aparılır.

19:04

Lənkəran rayonunda boğulma hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Gərmətük qəsəbəsi ərazisindəki süni göldə baş verib.

Hadisə yerinə FHN xilasediciləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi