Lənkəranda yaşayış evi və sexdən 8 min manatlıq oğurluq edilib

Lənkəranda yaşayış evi və sexdən 8 min manatlıq oğurluq edilib Lənkəranda yaşayış evi və sexdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
7 İyun , 2021 12:13
Lənkəranda yaşayış evi və sexdən 8 min manatlıq oğurluq edilib
Vüqar Rəcəbov

Lənkəranda yaşayış evi və sexdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran şəhər sakini T.Pronkinaya məxsus yaşayış evindən ümumi dəyəri 7 437 manat olan məişət əşyalarının oğurlandığı barədə polisə müraciət daxil olub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla həmin şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Rəcəbov olduğu müəyyən edilib və oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə V.Rəcəbovun Lənkəran şəhəri ərazisindəki bir sexə gecə saatlarında qanunsuz olaraq daxil olmaqla oradan 320 manat dəyərində elektrik naqilləri və su borularını oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi