​Lənkəranda yaralı aparan "Ambulance" qəzaya düşüb - FOTO

​Lənkəranda yaralı aparan "Ambulance" qəzaya düşüb - FOTO Hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb
Hadisə
12 Aprel , 2015 23:18
​Lənkəranda yaralı aparan Ambulance qəzaya düşüb - FOTO

Bakı. 12 aprel. REPORT.AZ/ Lənkəranda Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobil qəzaya uğrayıb.

"Report" xəbər verir ki, hadisə hava limanı yolunda "Ambulance"nin "VAZ-21 07" markalı avtomobil ilə toqquşması nəticəsində baş verib.

Hadisə baş verən zaman "Ambulance" digər qəza yerindən yaralı aparırmış. Qəza nəticəsində daha dörd nəfər - "07"də olan 1 qadın və 2 uşaq sərnişin, həmçinin "təcili yardım" maşınında olan bir nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi