Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
4 May , 2021 10:13
Lənkəranda qadının doğuşdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama

Mayın 3-də saat 21 radələrində Lerik rayon Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə Lənkəran Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də 39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş diaqnozu ilə daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi