Lənkəranda xəstəlikdən əziyyət çəkən şəxs intihar edib

Lənkəranda xəstəlikdən əziyyət çəkən şəxs intihar edib Hadisə liman şəhərində baş verib
Hadisə
16 İyul , 2017 01:10
Lənkəranda xəstəlikdən əziyyət çəkən şəxs intihar edib

Lənkəran. 16 iyul. REPORT.AZ/ Lənkəran rayonunda intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərində qeydə alınıb.

Şəhərin Sabir küçəsində yaşayan və kiçik ticarətlə məşğul olan 49 yaşlı Səfərov Elçin Səfər oğlu özünü yaşadığı evin yardımçı tikilisində asıb. İntihara səbəb kimi onun xəstəlikdən əziyyət çəkdiyi söylənilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi