Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib

Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib "VAZ"ın sürücüsü ağır bədən xəsarətləri alıb
Hadisə
21 Dekabr , 2018 14:56
Lənkəranda 5 ay əvvəl avtomobilini körpüdən aşıran sürücü yenidən qəza törədib

Lənkəran. 21 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda avtomobilini 5 ay əvvəl körpüdən aşıran sürücü yenidən qəza törədib.

"Report"un Cənub bürosu xəbərverir ki, hadisə Ələt-Astara magistralının rayonun Digah kəndi ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, Lənkəran şəhər sakini Samir Habil oğlu Məmmədzadənin idarə etdiyi "VAZ-2106" markalı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə sürcü S.Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan S.Məmmədzadə bu ilin iyul ayında da idarə etdiyi avtomobillə Velədi kəndi ərazisində Lənkəran çayı üzərindəki körpüdən aşağı aşaraq xəsarətlər almışdı.

Son xəbərlər

Orphus sistemi