Lənkəranda uşaq geyimi mağazası yanıb - FOTO

Lənkəranda uşaq geyimi mağazası yanıb - FOTO Hazırda yanğının başvermə səbəbləri araşdırılır
Hadisə
9 Fevral , 2017 21:03
Lənkəranda uşaq geyimi mağazası yanıb - FOTO

Bakı. 9 fevral. REPORT.AZ/ Lənkəran rayonunda uşaq geyimi mağazası yanıb. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin Qala xiyabanı küçəsi ilə Bala Məmməd küçəsinin kəşişməsində yerləşən şəhər sakini Raqib Mehdiyevə məxsus ümumi sahəsi 60 kvadratmetr olan "Uşaq aləmi" mağazasında qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun digər mağazalar və obyektlərə keçməsinin qarşısı alınıb.  

Hazırda yanğının başvermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi