Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib - FOTO - YENİLƏNİB

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib - FOTO - YENİLƏNİB İnsident nəticəsində 3 nəfər xəsarət alıb
Hadisə
27 İyul , 2017 03:17
Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib - FOTO - YENİLƏNİB
Foto: Report.az

Lənkəran. 27 iyul. REPORT.AZ/ Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimində 3 nəfərin xəsarət alması ilə nəticələnən davada xəsarət alanların adı məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Mehrəliyev Daşqın Barat oğlu və 24 yaşlı Mehrəlizadə Ruslan Adil oğlu döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.

Zərərçəkmiş D.Mehrəliyev bildirib ki, Ramin Hüseynov ad-soyadlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə Ramin yerdən daş götürərək D.Mehrəliyevə xəsarət yetirib. Ardınca D.Mehrəliyevlə bir yerdə olan qohumu R.Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.

Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib. İnsidentlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Faktla bağlı araşdırma başlanıb.


***02:11
Lənkəran. 27 iyul. REPORT.AZ/ Lənkəranda toyda dava düşüb, 3 nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Sinovlu kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini toydan çıxan zaman həmyerlilərinə qarşı nalayiq ifadələr səsləndirib. Sonra onların arasında dava düşüb. Dava zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi