Lənkəranda zəncirvari qəza baş verib, 6 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Lənkəranda zəncirvari qəza baş verib, 6 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
1109
16 May , 2021 19:11
Lənkəranda zəncirvari qəza baş verib, 6 nəfər yaralanıb - SİYAHI - YENİLƏNİB

Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Cənub Mərkəzinin verdiyi məlıumata görə, “Ləvəngi” dairəsində qeydə alınan hadisə zamanı Lənkəran rayonunun Xarxatan kənd sakini, 1995-ci il təvəllüdlü Fərahim Rza oğlu Nəhmətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol kənarında dayanan eyni markalı avtomobilə, nəticədə hərəkət istiqamətini dəyişən nəqliyyat vasitəsi də “Mercedes” markalı mikroavtobusa çarpılıb.

Hadisə zamanı VAZ-ın sürücüsü Fərahim Nəhmətov, sərnişinləri olan həmkəndliləri - 1996-cı il təvəllüdlü Elnur Mirqasım oğlu Sadıqzadə, 1987-ci il təvəllüdlü Röyal Ədalət oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hər üçü reanimasiya şöbəsinə yerləşdirilib. Nisbətən yüngül xəsarətlər alan daha üç nəfər - Girdəni kənd sakini, 1962-ci il təvəllüdlü Kürsüm Canəli qızı Kərimova, Bürcəli kənd sakini, 1980-ci il təvəllüdlü Arzuman Möhübbət oğlu Sovqatov və Lənkəran şəhər sakini, 1962-ci il təvəllüdlü Səmədağa Heybət oğlu Hümmətov isə travmatalogiya şöbəsinə yerləşdiriliblər.

17:43

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən "VAZ"lardan biri əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi