Yuxarı

​Lənkəranda sərnişin avtobusu avtomobillə toqquşub, ölən var - VİDEO - YENİLƏNİB

Sürücünün həyatını xilas etmək mümkün olmayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Hadisə zamanı ağır yaralanmış "VAZ 21011" markalı minik avtomobilinin sürücüsü, Lənkəran rayonu, Mamusta kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəm Hüseynov xəstəxanada dünyasını dəyişib. "Report"un xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

*** 13:56

Bakı. 7 noyabr. REPORT.AZ/ Ələt-Astara magistral yolunun 199-cu kilometrliyində, Lənkəran şəhəri ərazisində yol qəzası baş verib.

"Report"un xəbərinə görə, Astara istiqamətində hərəkət edən Sumqayıt şəhər sakini, 1975-ci il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtobus Lənkəran rayon Mamusta kənd sakini Məhərrəm Hüseynovun adına qeydiyyatda olan "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub

Deformasiya uğrayan minik maşınının sürücüsünü avtomobildən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları çıxarıblar. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi