Lənkəranda rabitə işçisi dirəkdən yıxılaraq ağır xəsarət alıb - FOTO

Lənkəranda rabitə işçisi dirəkdən yıxılaraq ağır xəsarət alıb - FOTO Faktla bağlı araşdılrmalara başlanılıb
Hadisə
10 Aprel , 2017 16:45
Lənkəranda rabitə işçisi dirəkdən yıxılaraq ağır xəsarət alıb - FOTO
Report.az

Lənkəran. 10 aprel. REPORT.AZ/ Lənkəran şəhərində rabitə işçisi dirəkdən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsində baş verib. 

Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşı 47 yaşlı Rövşən Gülağa oğlu Şahmarov iş başında olarkən ehtiyyatsızlıqdan rabitə dirəyindən yıxılıb. Xəsarət alan şəxs ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyəti ağırdır: "Yaralı huşunu itirmiş vəziyyətdə xəstəxanaya daxil olub. Müayinələr zamanı ona qapalı kəllə-beyin travması, təpə nayihəsinin gematoması diaqnozu qoyulub. Onun üzərində əlavə müayinələrin aparılması üçün, Lənkəran Müalicə Diaqnostika Mərkəzinə göndərilib".

Faktla bağlı araşdılrmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi